Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi hansı üsullarla təmin edilir?. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlar üçün sosial xidmət müəssisələrində yerləşdirilməsi üsulu ilə təmin edilir. Müdafiə üsulu müəyyən edilərkən uşağın etnik mənşəyi, dini və mədəni mənsubiyyəti, dili, tərbiyəsinin varisliyi nəzərə alınmalıdır. Uşaqlar üçün sosial xidmət müəssisələrində saxlanan valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatındadırlar. Onlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə edirlər. 29.08.2022
|