14:40 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Məhkəmə qərarlarının icra olunmaması və məsuliyyət" mövzusunda seminar keçirilib.
 
Avqustun 29-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Məhkəmə qərarlarının icra olunmaması və məsuliyyət" mövzusunda seminar keçirilib.
Seminarda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Asiman Abbasov, Vahidə Bayramova, İsa Əliyev, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurları və borclu fiziki şəxslər iştirak edib.
Seminarı giriş sözü ilə Ədliyyə Nazirliyinin əməkdaşı Emin Kazımov açaraq qeyd edib ki, insan hüquq və azadlıqlarının təmin edilməsi və etibarlı müdafiəsi baxımından mühüm vəzifələrdən biri də məhkəmə qərarlarının icra olunmasıdır. Məhkəmə qərarlarının vaxtında və tam icra olunması həm də ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasının vacib şərtlərindəndir. Bu işdə Ədliyyə Nazirliyinin və digər dövlət orqanlarının davamlı fəaliyyəti ilə yanaşı vətəndaşların da qanun və məhkəmə qərarına nisbətdə məsuliyyətli olması mühüm əhəmiyyət kəsb edir.
Seminarda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov "Məhkəmə qərarlarının icrası" mövzusunda çıxış edərək məhkəmənin qəbul etdiyi qərarların dövlətin adından çıxarıldığını, onların icrasının icra məmurları tərəfindən həyata keçirildiyini, icra məmurunun tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğunu və məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyin tələblərinin pozulmasının məsuliyyətə səbəb olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
 
Sonra seminarda Ədliyyə Nazirliyinin əməkdaşları Rəşad Allahverdiyevin "Alimentin ödənilməsi ilə bağlı yaranan çətinliklər və onların həlli qaydası" və Sahil Həsənovun "Məhkəmə və digər orqanların qərarlarını icra etməyən borclular barəsində görülən icra tədbirləri və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət" mövzularında çıxışları dinlənilib.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tədbir iştirakçılarına "Məhkəmə qərarlarının icrası" adlı maarifləndirici buklet paylanılıb.
 
29.08.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).