18:40 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsində tədbir keçirilib.
 
Avqustun 30-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Rəmzi Həsənov, Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbirdə Ombudsmanın əməkdaşı R.Həsənovun "İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və təminatı sahəsində polisin vəzifələri" mövzusunda geniş çıxışı dinlənilib, mövzu ilə bağlı mövcud qanunvericiliyin müddəaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
 
30.08.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).