22:49 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Müvəkkilin Preventiv qrupunun üzvləri avqust ayında bir sıra başçəkmələr həyata keçirib.
 
Avqust ayı ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu tərəfindən Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Ədliyyə, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq etmədən ümumilikdə 18 başçəkmə həyata keçirilib.
Belə ki, Müvəkkilin preventiv mexanizm funksiyasının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə, Naxçıvan Şəhər Polis İdarəsinə, Şərur və Babək Rayon Polis idarələrinə, Ordubad, Culfa, Sədərək və Şahbuz Rayon Polis şöbələrinə, Şərur Dəmiryol Nəqliyyatında Polis Bölməsinə və Babək Rayon Polis İdarəsinin Cəhri Polis Bölməsinə həyata keçirilmiş 11 başçəkmə zamanı polis heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları ilə bağlı sənədlər yoxlanılıb, qeydiyyat kitablarına baxış keçirilib, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.
Başçəkmələr çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına, o cümlədən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Həbsxanasına və Ciddi Rejiminə başçəkmələr həyata keçirib. Həyata keçirilmiş 3 başçəkmə zamanı Preventiv qrup tərəfindən məhkumlar fərdi və kollektiv qaydada qəbul olunub, konfidensial qəbul çərçivəsində aparılmış söhbət zamanı hər bir məhkum və ya saxlanılan şəxslər üçün telefon əlaqələrinin, yazışmaların, ailə üzvləri ilə təmasın, məlumat əldə etmək imkanlarının (televiziya, qəzet və s.), tibbi xidmətin təmin olunduğu müəyyən edilib və həmin şəxslərə münasibətdə hər hansı bir fərq qoyulmadan beynəlxalq hüquq normalarına uyğun rəftar edildiyi, hüquqlarının, o cümlədən lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib.
Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar Evinə də başçəkmə həyata keçirib. Başçəkmə zamanı sosial qayğıya ehtiyacı olan şəxslərlə və Ahıllar Evinin işçi heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, müəssisədə saxlanma şəraiti və rəftar, ahıl vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin təmini vəziyyəti araşdırılıb, yataq və tibb otaqlarına, istirahət otağına, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər məsələlər öyrənilib.
Bundan başqa Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində olub. Həyata keçirilmiş başçəkmə zamanı müxtəlif yaş qruplarından olan uşaqların hüquqlarının təmini vəziyyəti, saxlanma şəraiti, habelə müəssisə əməkdaşlarının onlarla rəftarı məsələləri öyrənilib, Mərkəzin yataq, sinif və oyun otaqlarına, mətbəx və digər inzibati otaqlara baxış keçirilib, habelə uşaqların asudə vaxtının təşkili, qidalanma və sənədləşmə araşdırılıb.
Müvəkkilinin preventiv mexanizm fəaliyyəti çərçivəsində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan M.Füzuli adına Ordubad şəhər tam orta İnternat Məktəbinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib. Başçəkmə zamanı saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyəti monitorinq olunub.
Avqust ayında Müvəkkilin Preventiv qrupu Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan Naxçıvan Qarnizon Hauptvaxtına da başçəkmə həyata keçirib. Başçəkmə zamanı Ombudsmanın Preventiv qrupu tərəfindən saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, qida təminatı, tibbi xidmətin və asudə vaxtın təşkili, görüş, telefon danışığı və digər hüquqların beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə təmin olunması vəziyyəti öyrənilib.
 
31.08.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).