23:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv mexanizm funksiyasının icrası məqsədilə Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər və Səhiyyə nazirliklərinin, o cümlədən Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.
Belə ki, Ombudsmanın preventiv mexanizm fəaliyyəti çərçivəsində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin 1šli Polis Bölməsinə həyata keçirilmiş başçəkmə zamanı Bölmənin polis heyəti ilə hüquqi maarifləndirici söhbət aparılıb, saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, qidalanma, gəzinti, görüş, telefon danışıqları ilə bağlı sənədlər yoxlanılıb, qeydiyyat kitablarına baxış keçirilib, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.
Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində olub. Başçəkmə zamanı Preventiv qrup tərəfindən Dispanserdə müalicə alan şəxslərin saxlanma şəraiti ilə bağlı müəssisənin palata və şöbələrinə, yataq və tibb otaqlarına, istirahət otağına, yeməkxanasına, mətbəxinə, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqlarının təmin olunması vəziyyəti öyrənilib, qidalanma və sənədləşmə araşdırılıb.
Bundan başqa, Müvəkkilin preventiv mexanizm fəaliyyəti çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib. Başçəkmə zamanı Preventiv qrup tərəfindən Mərkəzdə əcnəbilər üçün yaradılan şərait və rəftar məsələləri, telefon danışıqları ilə bağlı mövcud vəziyyət araşdırılıb, yaşayış və tibb otaqlarına, yeməkxana, ərzaq anbarı və digər obyektlərə baxış keçirilib, habelə məcburi və könüllü qaydada saxlanılan şəxslərin hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyəti öyrənilib.
 
06.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).