16:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Psixi Xəstəliklər Dispanserində tədbir keçirilib.

Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Təhminə Ələkbərova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Dispanserin işçi heyəti iştirak edib.
Tədbirdə Ombudsmanın əməkdaşı Təhminə Ələkbərovanın "Şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması və bu sahədə milli qanunvericiliyin tələbləri" mövzusunda geniş çıxışı dinlənilib, mövzu ilə bağlı qanunvericiliyin müddəaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
07.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).