20:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Dövlət Yol Polisi İdarəsində ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri ilə bağlı tədbir keçirilib.
 
Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Dövlət Yol Polisi İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.

 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Sadiq Babayev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Dövlət Yol Polisi İdarəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
Tədbirdə Ombudsmanın əməkdaşı Sadiq Babayevin "İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri" mövzusunda geniş çıxışı dinlənilib, həmçinin Daxili İşlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilmiş tədbirlər və görülən işlər barədə məlumat verilib, mövcud qanunvericiliyin müddəaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
 
08.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).