13:50 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Babək Rayon İcra Hakimiyyətində informasiya sahibi olan dövlət orqanları ilə tədbir keçirilib.
 
Sentyabrın 9-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İnformasiya əldə etmək azadlığı və hüquqi aspektlər" mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Babək Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və informasiya sahibi olan digər dövlət orqanlarının əməkdaşları, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Asiman Abbasov və Babək Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səbinə Abbasova mövzu ilə bağlı çıxış edərək informasiya əldə etmək hüququnun təmini və təbliği ilə bağlı həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları İsa Əliyevin "İnformasiya əldə etmək hüququ-konstitusion norma kimi" və Rəmzi Həsənovun "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)-məhkəmədən kənar müdafiə mexanizmi kimi" mövzularında çıxışları dinlənilib.
 
 
Çıxışlar zamanı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması barədə tədbir iştirakçılarına məlumat verilib.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
09.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).