18:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində hansı hüquqları vardır?.
 
 
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sağlamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji komissiyada və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) pulsuz müayinə olunmaq, psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə uyğun olaraq fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanların pulsuz psixoloji-tibbi-pedaqoji korreksiyası, "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq, psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən xüsusi təhsil proqramları və fərdi tədris planı əsasında məktəbəqədər və ümumi təhsil almaq, bacarıq, imkan və maraqları nəzərə alınmaqla kütləvi peşələr üzrə hazırlıq keçmək, müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada pulsuz xüsusi təhsil almaq, o cümlədən təhsil və peşə hazırlığı başa çatdıqda müvafiq işlə təmin olunmaq hüquqları vardır.
15.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).