6:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın Preventiv qrupu bir sıra müəssisələrə başçəkmələr həyata keçirib.
 
Preventiv mexanizm funksiyasının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər və Təhsil nazirliklərinin tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.
Belə ki, Ombudsmanın preventiv mexanizm fəaliyyəti çərçivəsində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə və Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinə həyata keçirilmiş başçəkmələr zamanı polis heyəti ilə hüquqi maarifləndirici söhbət aparılıb, saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, qidalanma, gəzinti, görüş, telefon danışıqları ilə bağlı sənədlər yoxlanılıb, qeydiyyat kitablarına baxış keçirilib, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.
Sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə Preventiv qrup tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinə başçəkmə həyata keçirilib. Başçəkmə zamanı müəssisənin yataq və tibb otaqlarına, siniflərə, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqların təmin olunması vəziyyəti öyrənilib.
 
16.09.2022

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).