12:19 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ordubad şəhər tam orta internat məktəbində tədbir keçirilib.
 
Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Ombudsmanın əməkdaşı Vahidə Bayramova və məktəbin işçi heyəti iştirak edib.
 
 
Tədbirdə V.Bayramovanın "Uşaq hüquqlarının müdafiəsi və qanunvericiliyin tələbləri" mövzusunda çıxışı dinlənilib, bu istiqamətdə ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilmiş tədbirlər və görülən işlər barədə məlumat verilib, mövcud qanunvericiliyin müddəaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
 
16.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).