12:14 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman tərəfindən 21 sentyabr Beynəlxalq Sülh Günü münasibətilə tədbirlər keçirilib.
 
 
Birləşmiş Millətlər Təşkilatının 1981-ci ildə qəbul etdiyi Qərara əsasən 21 sentyabr tarixi bütün dünyada "Beynəlxalq Sülh Günü" kimi qeyd olunur.
Bu münasibətlə sentyabrın 20-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ciddi rejimində və Əlahiddə Ümumqoşun Ordusunun N saylı hərbi hissələrində hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Beynəlxalq Sülh Gününün əhəmiyyəti, beynəlxalq sülhün və ədalətin bərpa edilməsi məqsədilə, 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın təxribatına və hərbi təcavüzünə cavab olaraq, dövlət başçısının rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və tarixi ədalətin bərpası üçün başlatdığı və zəfər çaldığı Vətən müharibəsi barədə tədbir iştirakçılarına məlumat verilib.
20.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).