11:18 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın Preventiv qrupu tərəfindən növbəti başçəkmələr həyata keçirilib.
 
Preventiv mexanizm fəaliyyəti çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu Daxili İşlər və Ədliyyə nazirliklərinin tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq etmədən bir sıra başçəkmələr həyata keçirib.
Belə ki, Müvəkkilin preventiv mexanizm funksiyasının icrası məqsədilə Ordubad rayon Polis Şöbəsinin Biləv Polis Bölməsinə həyata keçirilmiş başçəkmə zamanı Bölmənin polis heyəti ilə hüquqi maarifləndirici söhbət aparılıb, saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, qeydiyyat kitablarına baxış keçirilib, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.
Həmçinin Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına, o cümlədən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Qadınlar bölməsinə və 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə də başçəkmələr həyata keçirib.
Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu əsasında təşkil olunmuş başçəkmələr zamanı Preventiv qrupun üzvləri tərəfindən məhkumlar fərdi və kollektiv qaydada qəbul olunub. Fərdi və konfidensial qəbul zamanı məhkumlara hüquqları, Ombudsmanın səlahiyyətləri və müvafiq qanunvericiliyin tələbləri izah olunub.
 
22.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).