2:16 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Orta İxtisas Polis Məktəbində tədbir keçirilib.
 
Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Orta İxtisas Polis Məktəbində tədbir keçirilib.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Orta İxtisas Polis Məktəbinin zabit və kursant heyəti iştirak edib.
 
 
Tədbirdə Ombudsmanın əməkdaşı A.Abbasovun "Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquqlarının inkişafında rolu" mövzusunda geniş çıxışı dinlənilib, mövzu ilə bağlı mövcud qanunvericiliyin müddəaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
 
22.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).