0:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Saxlanılan şəxslərin hüquqlarının müdafiəsi diqqət mərkəzindədir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu tərəfindən cari ilin sentyabr ayı ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Ədliyyə, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq etmədən ümumilikdə 16 başçəkmə həyata keçirilib.
Belə ki, Ombudsmanın preventiv mexanizm fəaliyyəti çərçivəsində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə, Naxçıvan Şəhər Polis İdarəsinə və 1 šli Polis Bölməsinə, Babək Rayon Polis İdarəsinə, Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinə, Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsinə, Culfa Rayon Polis Şöbəsinin Əlincə Polis Bölməsinə və Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsinin Culfa Dəmiryol Nəqliyatında Polis Bölməsinə həyata keçirilmiş 8 başçəkmə zamanı polis heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları ilə bağlı sənədlər yoxlanılıb, qeydiyyat kitablarına baxış keçirilib, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.
Başçəkmələr çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına, o cümlədən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Qadınlar bölməsinə və 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə həyata keçirilmiş 3 başçəkmə zamanı Preventiv qrup tərəfindən məhkumlar fərdi və kollektiv qaydada qəbul olunub, konfidensial qəbul çərçivəsində aparılmış söhbət zamanı hər bir məhkum və ya saxlanılan şəxslər üçün telefon əlaqələrinin, yazışmaların, ailə üzvləri ilə təmasın, məlumat əldə etmək imkanlarının (televiziya, qəzet, radio və s.), tibbi xidmətin təmin olunduğu müəyyən edilib və həmin şəxslərə münasibətdə hər hansı bir fərq qoyulmadan beynəlxalq hüquq normalarına uyğun rəftar edildiyi, hüquqlarının, o cümlədən lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib.
Sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinə başçəkmə həyata keçirilib. Başçəkmə zamanı müəssisənin yataq və tibb otaqlarına, siniflərə, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.
Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar Evinə də başçəkmə həyata keçirib. Başçəkmə zamanı sosial qayğıya ehtiyacı olan şəxslərlə və Ahıllar Evinin işçi heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, müəssisədə saxlanma şəraiti və rəftar, ahıl vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin təmini vəziyyəti araşdırılıb, yataq və tibb otaqlarına, istirahət otağına, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər məsələlər öyrənilib.
Sentyabr ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan Naxçıvan Qarnizon Hauptvaxtına da başçəkmə həyata keçirilib. Başçəkmə zamanı Ombudsmanın Preventiv qrupu tərəfindən saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, qida təminatı, tibbi xidmətin və digər hüquqların beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə təmin olunması vəziyyəti öyrənilib.
Müvəkkilin Preventiv qrupu cari ay ərzində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində də olub. Başçəkmə zamanı Preventiv qrup tərəfindən Dispanserdə müalicə alan şəxslərin saxlanma şəraiti ilə bağlı müəssisənin palata və şöbələrinə, yataq və tibb otaqlarına, istirahət otağına, yeməkxanasına, mətbəxinə, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqlarının təmin olunması vəziyyəti öyrənilib, qidalanma və sənədləşmə araşdırılıb.
Bundan başqa, Müvəkkilin preventiv mexanizm fəaliyyəti çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib. Başçəkmə zamanı Mərkəzdə əcnəbilər üçün yaradılan şərait və rəftar məsələləri, telefon danışıqları ilə bağlı mövcud vəziyyət araşdırılıb, yaşayış və tibb otaqlarına, yeməkxana, ərzaq anbarı və digər obyektlərə baxış keçirilib, habelə məcburi və könüllü qaydada saxlanılan şəxslərin hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyəti öyrənilib.
 
29.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).