21:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ahılların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir.
 
Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin ahılların müdafiəsi ilə bağlı 1992-ci ildə qəbul etdiyi qətnaməyə əsasən hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
Bu münasibətlə sentyabrın 29-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar Evində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Ombudsmanın əməkdaşları Vahidə Bayramova, Aysel Nəcəfli, Ahıllar Evinin işçi heyəti və orada yaşayan ahıl şəxslər iştirak edib.
 
 
Tədbirdə A.Nəcəflinin "Ahılların hüquqlarının müdafiəsi" mövzusunda çıxışı dinlənilib, bu istiqamətdə ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilmiş tədbirlər və görülən işlər barədə məlumat verilib, mövcud qanunvericiliyin müddəaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
 
29.09.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).