14:45 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Müvəkkilin Preventiv qrupu tərəfindən polis şöbələrinə başçəkmələr həyata keçirilib.
 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa uyğun olaraq Müvəkkil "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını muxtar respublikada həyata keçirir.
Preventiv mexanizm fəaliyyəti çərçivəsində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsində və Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsində əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.
Həyata keçirilmiş başçəkmələr zamanı polis heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, qeydiyyat kitablarına baxış keçirilib, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.
 
06.10.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).