23:25 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

10 Oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü münsibətilə tədbir keçirilib.
 
Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Sadiq Babayev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Dispanserin işçi heyəti iştirak edib.
Tədbirdə Ombudsmanın əməkdaşı Sadiq Babayevin "10 Oktyabr Ümumdünya Psixi Sağlamlıq Günüdür" mövzusunda geniş çıxışı dinlənilib, bu tarixi günün mahiyyəti və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
10.10.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).