22:42 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Saxlanılan şəxslərin hüquqları təmin edilir.
 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa uyğun olaraq Müvəkkil "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını muxtar respublikada həyata keçirir.
Preventiv mexanizm fəaliyyəti çərçivəsində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerində, o cümlədən Kəngərli və Sədərək rayon Polis şöbələrində əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.
Həyata keçirilmiş başçəkmələr zamanı polis heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, qeydiyyat kitablarına baxış keçirilib, saxlanılan şəxslərin milli və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv mexanizm funksiyasının icrası məqsədilə Müvəkkilin Preventiv qrupu Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində olub.
 
 
Başçəkmə zamanı Preventiv qrup tərəfindən Mərkəzin yataq, sinif və oyun otaqlarına, oyun bağçasına, yeməkxanasına, mətbəxinə, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, saxlanma şəraiti, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqların təmin olunması vəziyyəti öyrənilib.
 
 
 
Başçəkmə zamanı Mərkəzin işçi heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri izah edilib və onlara hüquqi məsləhətlər verilib.
 
  
 
14.10.2022

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).