13:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.
 
Dünən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müvəqqəti Saxlama Yerində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Səid Babayev və Müvəqqəti Saxlama Yerinin zabit və sıravi rəis heyəti iştirak edib.
Tədbirdə Ombudsmanın əməkdaşı Asiman Abbasovun "Tutulmuş və ya həbs edilmiş şəxslərin müvəqqəti saxlama yerinə qəbulu və yerləşdirilməsi qaydaları" mövzusunda geniş çıxışı dinlənilib, mövzu ilə bağlı qanunvericiliyin tələbləri barədə tədbir iştirakçılarına məlumat verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı tərəfindən cavablandırılıb.
 
14.10.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).