23:25 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Qeyri-hökumət təşkilatlarının hüquqlarının müdafiəsi diqqət mərkəzindədir.
 
Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti institutlarına da xüsusi diqqət və qayğı göstərilir, bu sahədə mühüm işlər görülür. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikamızda bir çox ictimai təşkilatlar fəaliyyət göstərir, vətəndaşlar bu cür təşkilatlarda birləşərək öz maraqlarını təmin etməyə çalışırlar.
Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin iclas zalında "İanə və qrantlarla bağlı qanunvericiliyin tələbləri" mövzusunda keçirilmiş seminarda bu barədə ətraflı məlumat verilib.
 
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilmiş bu seminarda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları, o cümlədən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) şöbə müdiri Asiman Abbasov və Ədliyyə Nazirliyinin şöbə müdiri Zülfü İsmayılov giriş sözü ilə çıxış edərək muxtar respublikada qeyri-hökumət təşkilatlarının hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışıblar.
Sonra seminarda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı İsa Əliyevin "Qeyri-hökumət təşkilatlarının fəaliyyəti, ianə və qrantlarla bağlı qanunvericiliyin tələbləri", Ədliyyə Nazirliyinin əməkdaşları Həbibə Əliyevanın "Qrant müqavilələrinin qeydə alınma qaydası" və Reyhan Sadiqovanın "Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulmasında həyata keçirilən tədbirlər" mövzularında çıxışları dinlənilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
 
17.10.2022

 

 

 

 

 

 

 

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).