16:26 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) kollektivi sərgi-satışla tanış olublar.
 
 
Sentyabr ayının 29-dan Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil edilir.
Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) kollektivi də sərgi-satışda iştirak etmişdir.
Bələdçi tərəfindən sərgi-satışda nümayiş olunan əl işləri barədə kollektivə ətraflı məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, sərgidə iştirak edən müəlliflər sırasında sağlamlıq imkanları məhdud şəxslərlə yanaşı, ahıl vətəndaşlar, özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər də yer alır.
 
07.10.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).