18:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Preventiv qrup tərəfindən növbəti başçəkmələr həyata keçirilib.
 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa uyğun olaraq Müvəkkil "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını muxtar respublikada həyata keçirir.
Preventiv mexanizm fəaliyyəti çərçivəsində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsində və Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsinin Şərur Dəmiryol Nəqliyyatında Polis Bölməsində əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.
 
 
Həyata keçirilmiş başçəkmələr zamanı polis heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, qeydiyyat kitablarına baxış keçirilib, saxlanılan şəxslərin milli və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti yerində öyrənilib.
 
 
Müvəkkilin Preventiv qrupu başçəkmələr çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında, o cümlədən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin ümumi rejim-1 və ümumi rejim-2 bölmələrində olub.
Başçəkmələr zamanı bu müəssislərdə saxlanma şəraiti və rəftar məsələləri, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb. Həmçinin İstintaq Təcridxanasında saxlanılan əcnəbilərlə fərdi söhbət aparılıb. Konfidensial söhbət zamanı həmin şəxslərə münasibətdə əcnəbilərin hər hansı fərq qoyulmadan milli və beynəlxalq hüquq normalarına uyğun hüquqlarının təmin edildiyi, onların heç bir ayrı-seçkiliyə məruz qalmadığı müşahidə olunub.
 
21.10.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).