22:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Konfransında iştirak edib.
 
Oktyabrın 19-da Bakı şəhərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının 20 illik yubileyinə həsr edilmiş Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Konfransına start verilib.
 
Beynəlxalq Konfransın əsas məqsədi ölkəmizdə insan hüquqlarının müdafiəsi, təmini və təşviqi sahəsində həyata keçirilən islahatları beynəlxalq səviyyədə təbliğ etmək, biznes və insan hüquqları sahəsində möcud tendensiyalar və çağırışlar haqqında müzakirələr aparmaq və bu sahədə müsbət ölkə təcrübələrini bölüşdürməkdən ibarətdir.
Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin, görkəmli aftalmaloq-alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər, sonra Şəhidlər Xiyabanı ziyarət olunub.
"Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda həyata keçirilən Beynəlxalq Konfransda Türkiyə, Pakistan, Mərakeş, İndoneziya, Moldova, Yaponiya, Honq-Konq, Şimali Kipr, Qırğızıstan, İran, Özbəkistan, Qazaxıstan, Macarıstan, Çin və Koreyanın ombudsmanları və milli insan hüquqları təşkilatlarının rəhbərləri və əməkdaşları, beynəlxalq qurumların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatları, media təmsilçiləri və digər rəsmi şəxslər iştirak edib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva da Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Konfransında iştirak edib.
Oktyabrın 20-də Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Konfransına yekun vurulub.
Konfrans iştirakçıları silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması ilə törədilən sülh və insanlıq əleyhinə cinayətlərin qarşısının alınması məqsədilə beynəlxalq müstəvidə birgə mübarizə aparılması barədə razılığa gəliblər. Beynəlxalq Konfransın yekununda Birgə Bəyannamə qəbul edilib.
Qeyd edək ki, ikigünlük konfransdan sonra xarici ombudsmanların və milli insan hüquqları təsisatları rəhbərlərinin işğaldan azad edilmiş Ağdam və Tərtər şəhərlərinə səfəri təşkil olunub.
 
Səfər zamanı xarici ombudsmanlar və milli insan hüquqları təsisatlarının rəhbərləri Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrın binasının qalıqlarına və yerlə-yeksan edilmiş Şəhidlər Xiyabanına baxış keçirilib. Tərtər rayonunda mülki əhalinin sıx yaşadığı ərazilərin davamlı şəkildə Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşinə və raket hücumuna məruz qalması, insan tələfatı və dağıntılar barədə qonaqlara geniş məlumatlar təqdim olunub.
 
Nümayəndə heyətinə mina və digər partlayıcı qurğuların insanların həyat və sağlamlığına yaratdığı ciddi təhlükə, mina qurbanları ilə bağlı, eləcə də Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə də məlumatlar verilib.
 
21.10.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).