17:26 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı tədbir keçirilib.
 
Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 8 saylı tam orta məktəbdə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Aysel Nəcəfli, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Kərbəlayi Məşdi Babazadə və məktəbin yuxarı sinif şagirdləri iştirak edib. 
 
 
8 nömrəli tam orta məktəbin iclas zalında keçirilmiş tədbirdə Daxili İşlər Nazirliyinin əməkdaşı Kərbəlayi Məşdi Babazadə çıxış edərək uşaqların təhlükəsizliyinin və onların hüquqlarının qorunması istiqamətində görülmüş işlər barədə məlumat verib.
Tədbirdə Ombudsmanın əməkdaşı Aysel Nəcəflinin "Uşaq hüquqlarının müdafiəsi" mövzusunda geniş çıxışı dinlənilib, mövzu ilə bağlı qanunvericiliyin tələbləri şagirdlərə izah edilib.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara müvafiq tövsiyələr verilib.
 
25.10.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).