21:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir.
 
 
Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordusunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasov, Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşı Vüsal Abdullayev və N saylı hərbi hissənin zabit, gizir və əsgər heyəti iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasovun "Hərbi qulluqçuların müraciət etmək hüququ" mövzusunda çıxışı dinlənilib, milli və beynəlxalq qanunvericiliyin müddəaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılıb.
 
25.10.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).