22:17 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Əhalinin sağlamlığının qorunması hüququ diqqət mərkəzindədir.
 
Oktyabrın 26-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Əhalinin sağlamlığının qorunmasının hüquqi aspektləri" mövzusunda tədbir keçirilib.
Gigiyena və Epidemiologiya Mərkəzində həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Səhiyyə Nazirliyinin, onun tabeliyində olan tibb müəssisələrinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları, o cümlədən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mənsumova və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) köməkçisi Rəşid Talıbov giriş sözü ilə çıxış edərək muxtar respublikada əhalinin sağlamlığının qorunması və sağlamlıq hüququnun müdafiəsi istiqamətində həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar.
Sonra Müvəkkil aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vahidə Bayramovanın "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) - məhkəmədənkənar müdafiə mexanizmi kimi" mövzusunda çıxışı dinlənilib. Qeyd olunub ki, bu gün muxtar respublikada səmərəli hüquq müdafiə mexanizmi kimi formalaşan, dövlət orqanları ilə əhali, habelə vətəndaş cəmiyyəti institutları arasında "körpü" rolunu oynayan Müvəkkil təsisatı aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərərək insan hüquq və azadlıqlarının hərtərəfli təmin edilməsini və etibarlı müdafiəsini daim diqqət mərkəzində saxlayır.
 
 
 
Müvəkkil aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Asiman Abbasov "Əhalinin sağlamlığının qorunması və qanunvericiliyin tələbləri" mövzusunda çıxış edərək əhalinin sağlamlığının qorunması hüququnun beynəlxalq və regional sənədlərdə, habelə milli qanunvericiliyimizdə təsbit olunması, bu sahədə insan və vətəndaş hüquqlarına dövlət təminatı, habelə sağlamlığa vurulmuş zərərə görə tibb işçilərinin məsuliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin sektor müdiri Kəmalə Həsənovanın "Son illərdə səhiyyədə olan yeniliklər" və Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta işinin təşkili və qeydiyyat şöbəsinin müdiri Elnur İbrahimovun "İcbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu" mövzularında çıxışları dinlənilib.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

26.10.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).