14:03 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Müəllim və şagirdlər uşaq hüquqları ilə bağlı maarifləndirilib.


3 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə H.Əliyev adına tam orta məktəbdə "Uşaq hüquqları haqqında" Konvensiyanın milli qanunvericiliyimizdə təsbiti" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Ombudsmanın əməkdaşları Elnarə Hüseynova, Təhminə Ələkbərova, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin əməkdaşı Cahan Abbasova və məktəbin müəllim və şagird heyəti iştirak edib.
Ombudsman aparatının əməkdaşı E.Hüseynova giriş sözü ilə çıxış edərək birgə həyata keçirilən tədbirlərin uşaqların və müəllim kollektivinin hüquqi maarifləndirilməsi sahəsindəki rolundan danışıb.
Sonra Aparatın əməkdaşı T.Ələkbərova "Uşaq hüquqları haqqında" Konvensiyanın milli qanunvericiliyimizdə təsbiti" mövzusunda çıxış edərək Azərbaycan Respublikasında uşaqların hüquq və azadlıqları, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsipləri, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər qurumların vəzifələri və bu sahədə Müvəkkilin fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.


Daha sonra isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin məsləhətçisi C.Abbasova çıxış edərək "Uşaq hüquqları haqqında" Konvensiyanın məzmunu, onun əsas ideyası və əhəmiyyəti barədə məlumat verib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

03.10.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).