13:59 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Ombudsman tərəfindən ictimai dinləmələr, maarifləndirici söhbətlər davam etdirilir.


Muxtariyyətin 100 illiyi münasibətilə görülən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə muxtar respublikanın kəndlərində ictimai dinləmə, maarifləndirici söhbətlər keçirilir.
Oktyabrın 4-də Şahbuz rayonunun Kükü kəndində keçirilən ictimai dinləmə zamanı əvvəlcə Ombudsman aparatının şöbə müdiri Asiman Abbasov çıxış edərək Ombudsmanın fəaliyyəti haqqında ictimaiyyətə ətraflı məlumat verib.


Sonra kənd sakinlərinin müraciətləri dinlənilib və araşdırılması üçün rəsmiləşdirilib.
Daha sonra Kükü kənd tam orta məktəbində müəllim və şagirdlərlə maarifləndirici söhbətlər aparılaraq Azərbaycan Respublikasında uşaqların hüquq və azadlıqları, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsipləri, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələri və bu sahədə Müvəkkilin fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verilib.


Ümumilikdə həyata keçirilən bütün tədbirlər Kükü kənd sakinlərinin hüquqlarının təmini vəziyyətinin öyrənilməsinə, hüquqpozmaların aradan qaldırılmasına və hüquqi maarifləndirmə sahəsində biliyinin artırılmasına xidmət edib.
Qeyd edək ki, analoji tədbirlərin oktyabr ayında muxtar respublikanın digər kəndlərində də keçirilməsi nəzərdə tutulub.

04.10.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).