14:04 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

10 Oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə tədbir keçirilib.


Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Rəhim Rəhimov açıb. Daha sonra Ombudsmanın əməkdaşı Sadiq Babayev "Psixiatriya müəsissəsinin işçi heyətinin pasiyentlərlə rəftarına dair beynəlxalq və milli qanunvericiliyin tələbləri" mövzusunda çıxış edərək psixi pozğunluqdan əziyyət çəkən şəxslərin hüquq və azadlıqlarının, o cümlədən insan ləyaqəti ilə ayrılmaz olan mənəvi bütövlük və şəxsiyyətə hörmət hüququnun qorunmasının milli və beynəlxalq qanunvericiliyin əsas prioritetlərindən biri olduğunu qeyd edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

10.10.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).