13:57 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Muxtariyyətin 100 illiyinə həsr olunan ictimai dinləmələr davam etdirilir.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən muxtariyyətin 100 illiyinə həsr edilmiş növbəti ictimai dinləmə, maarifləndirici söhbət və monitorinq Culfa rayonunun Yaycı kəndində keçirilib.
Oktyabrın 15-də keçirilən ictimai dinləmə zamanı əvvəlcə Ombudsman aparatının şöbə müdiri Asiman Abbasov çıxış edərək Ombudsmanın fəaliyyəti haqqında ictimaiyyətə ətraflı məlumat verib.


Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib və araşdırılması üçün rəsmiləşdirilib. Sakinlərin hüququnun hərtərəfli təmini məqsədilə kənd məktəbində və kənd ambulatoriyasında monitorinqlər aparılıb.
Ümumilikdə həyata keçirilən bütün tədbirlər Yaycı kənd sakinlərinin hüquqlarının təmini vəziyyətinin öyrənilməsinə, hüquqpozmaların aradan qaldırılmasına və hüquqi maarifləndirmə sahəsində biliyinin artırılmasına xidmət edib.



15.10.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).