13:52 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Könüllülük proqramı çərçivəsində tələbələrlə maarifləndirici söhbətlər davam etdirilir.


Oktyabrın 21-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları könüllülük proqramı çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun tələbələri ilə növbəti maarifləndirici söhbətlər aparıb.
Naxçıvan Müəllimlər İnstitutunun Tədris işləri üzrə prorektoru Elşən Məmmədov tədbiri giriş sözü ilə açaraq Ombudsman aparatı ilə keçirilən bu kimi tədbirlərin tələbələrdə hüquq düşüncəsi və mədəniyyətinin formalaşmasına, eyni zamanda könüllülük hərəkatına təsirindən bəhs edib.
Ombudsmanın şöbə müdiri Vahidə Bayramova ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, o cümlədən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib.


Sonra Ombudsmanın şöbə müdiri Asiman Abbasov slayd vasitəsilə təsisatın yaranma tarixi, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Daha sonra ölkəmizdə gənclərin inkişafı və könüllülük fəaliyyətinə mühüm yer verildiyini bildirən A.Abbasov gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə Ombudsman Aparatında təşkil olunmuş könüllülük proqramı barədə məlumat verərək tələbələri könüllülük fəaliyyətinə qoşulmağa çağırıb.


Tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

10.21.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).