17:09 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

İnsan alverinə qarşı mübarizə ilə bağlı tədbir keçirilib.


Noyabrın 1-də Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan regional "ASAN xidmət" Mərkəzinin birgə təşkilatçılığı ilə "İnsan alverinə qarşı mübarizə" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
"ASAN xidmət" Mərkəzində keçirilmiş tədbirdə Ombudsmanın əməkdaşları, "ASAN xidmət" Mərkəzinin nümayəndələri, o cümlədən "ASAN" könüllüləri iştirak edib.


Diskussiya formasında davam edən tədbirdə əvvəlcə "ASAN xidmət" Mərkəzinin direktor müavini Əhməd Babayev giriş sözü ilə çıxış edərək ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışıb.
Sonra Ombudsmanın əməkdaşı Sadiq Babayev slayd vasitəsilə çıxış edərək müasir dövrün aktual problemlərindən biri kimi insan alverinə qarşı mübarizənin hüquqi əsasları, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu istiqamətdə həyata keçirilmiş tədbirlər, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsi barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə Ombudsmanın əməkdaşı Həsən Həsənovun ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, o cümlədən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən bu istiqamətdə görülən işlər barədə çıxışı dinlənilib.


Sonda fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

01.11.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).