"Uşaq hüquqları aylığı" ilə bağlı növbəti tədbir keçirilib.
Noyabrın 18-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Adil Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasında "Uşaq Hüquqları Aylığı" çərçivəsində hüquqi maarifləndirmə tədbiri keçirilib. "Xoşbəxt uşaqlar xoşbəxt gələcək deməkdir" mövzusunda keçirilən tədbirdə Ombudsmanın əməkdaşları Sadiq Babayev, Həsən Həsənov, kitabxana əməkdaşları və şagirdlər iştirak edib. Əvvəlcə kitabxananın direktoru Ruzi Süleymanov giriş sözü ilə çıxış edərək uşaq hüquqları sahəsində maarifləndirmə işlərinin aparılmasından və tədbirin əhəmiyyətindən danışıb. Sonra tədbirdə Ombudsmanın əməkdaşı Sadiq Babayevin "Uşaqların hüquqlarının müdafiəsində Ombudsmanın rolu" və kitabxananın əməkdaşı Tərlan Məsumlunun "Uşaq hüquqları dünəndən bu günə" mövzularında çıxışları dinlənilib.
Diskusiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
18.11.2024
|