16:41 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.


Noyabrın 19-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
"İnsan hüquqları kontekstində işgəncəyə məruz qalmamaq hüququ" mövzusunda keçirilən tədbirlərdə Müvəkkil aparatının əməkdaşı Asiman Abbasov, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Ramal Həsənov və müvafiq zastavaların şəxsi heyəti iştirak edib.
Tədbirləri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Ramal Həsənov açaraq sərhəd zastavalarında keçirilən maarifləndirmə tədbirlərin xüsusi əhəmiyyəti, Müvəkkil aparatının əməkdaşı Asiman Abbasov isə milli və beynəlxalq qanunvericilikdə işgəncəyə məruz qalmamaq hüququ barədə hərbi qulluqçulara ətraflı məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

19.11.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).