16:41 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş vebinar keçirilib.


Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "UNİCEF"-in Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "BMT-nin Uşaq Hüquqları Komitəsinin "Uşaq hüquqları haqqında" Konvensiyanın icrası ilə bağlı Azərbaycan Respublikasının beşinci və altıncı məruzələrinə dair Yekun Tövsiyələri" mövzusunda vebinar keçirilib.
Vebinarda Müvəkkil aparatının, BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin, Ali Məhkəmənin, ədliyyə, daxili işlər, təhsil, səhiyyə, gənclər və idman, mədəniyyət, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Vəkillər Kollegiyasının və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları iştirak edib.
Əvvəlcə Ombudsman Günay Rzayeva "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinin icrasında rolu" mövzusunda çıxış edərək, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən tədbirlər və muxtar respublikada dövlət uşaq siyasətinin həyata keçirilməsi haqqında ətraflı məlumat verib.
Sonra BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin əməkdaşları Vüqar Salmanov "Uşaq Hüquqları Komitəsinin uşaq müdafiəsi sahəsində tövsiyələri", Töhfə Cəmilova "Uşaq Hüquqları Komitəsinin sağlamlıq və səhiyyə üzrə tövsiyələri", Rəşad Hüseynov "Uşaq Hüquqları Komitəsinin sosial siyasət üzrə tövsiyələri" mövzularında çıxış ediblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

20.11.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).