16:53 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva sərhədçilərlə görüşüb.


Muxtar respublikada hərbi qulluqçuların hüquqlarının müdafiəsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Noyabrın 26-da Ombudsman Günay Rzayeva "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının tabeliyində olan N saylı sərhəd zastavasında olub.
Görüş zamanı Ombudsman tərəfindən zastavasının yataqxanasına, məişət və sinif otaqlarına, yeməkxanaya baxış keçirilib, qidalanma səviyyəsi, asudə vaxtın təşkili və tibbi-sosial xidmətin təmin olunması vəziyyəti öyrənilib.
Ombudsman tərəfindən sərhədçilərin hüquqlarının daha etibarlı və səmərəli müdafiəsi ilə bağlı hüquqi maarifləndirici söhbət aparılıb.

26.11.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).