16:37 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi diqqət mərkəzindədir.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə "N" saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Ombudsman aparatının əməkdaşı Həsən Həsənov, Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı İsmayıl Paşayev və hərbi hissənin zabit, çavuş və əsgər heyəti iştirak edib.
Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı İ.Paşayev giriş sözü ilə çıxış edərək hərbi etika və hərbi qulluqçuların hüquqlarının həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Sonra Ombudsman aparatının əməkdaşı H.Həsənovun "Hərbi nəzakət qaydaları və hərbi kollektivdə şəxsiyyətlərarası münasibətlər" mövzusunda çıxışı dinlənilib, hərbi-etik normalardan irəli gələn tələblər, hərbi kollektivlərdə qarşılıqlı münasibətlərin vahid komandanlıq, ciddi subordinasiya, humanizm və digər prinsiplər əsasında qurulması, bu sahədə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müəyyən edilmiş davranış qaydaları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

27.11.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).