16:35 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Beynəlxalq Miqrant Gününə həsr olunmuş tədbir keçirilib.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin birgə təşkilatçılığı ilə 18 dekabr Beynəlxalq Miqrant Günü münasibətiilə "Azərbaycanda miqrantların hüquqları: bərabərlik və müxtəliflik" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin şöbə rəisi Samir Abbasov tədbirin keçirilməsinin məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat verərək son illər dünyada getdikcə sürətlənən miqrasiya proseslərinin idarə olunmasının aktual məsələlərdən birinə çevrildiyini bildirib.
Müvəkkil aparatının şöbə müdiri Asiman Abbasov çıxış edərək miqrantların hüquqlarının təbliği və müdafiəsi sahəsində milli qanunvericilik bazasının təkmilləşdirilməsi və muxtar respublikada icra vəziyyəti, eyni zamanda Müvəkkilin miqrantların hüquqlarının müdafiəsində rolu barədə ətraflı məlumat verib.


Sonra Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin əməkdaşı Təhminə Həsənovanın "Azərbaycanda miqrantların hüquqları: bərabərlik və müxtəliflik" mövzusunda slayd vasitəsilə çıxışı dinlənilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

17.12.2024













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).