Ombudsmanın əməkdaşları Cenevrə Konvensiyalarının 75-ci ildönümünə həsr olunmuş seminarda iştirak edib.
Dekabrın 20-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Cenevrə Konvensiyalarının 75-ci ildönümünə həsr olunmuş "Beynəlxalq humanitar hüququn tətbiqi üzrə fəaliyyətlər: Müsbət təcrübələr və problemlər" mövzusunda seminar keçirilib.Bakı şəhərində keçirilən seminarda hüquq-mühafizə orqanları, insan hüquqları üzrə təsisatların vəzifəli şəxsləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Rəşid Talıbov, Vahidə Bayramova və Sadiq Babayev iştirak edib.
Seminarda "Uyğunluğun təmin edilməsi üsulu kimi Beynəlxalq Humanitar Hüququn tətbiqi: Milli təsisatların rolu", "BQXK-nın Azərbaycanda fəaliyyətləri: Yeniliklər", "Beynəlxalq Humanitar Hüquq praktikada: İtkin düşmüş şəxslər", Beynəlxalq Humanitar Hüquq praktikada: Mina qurbanları və zərərçəkmişlər", "Silahlı münaqişələrdə Beynəlxalq Humanitar Hüquqa riayət və müasir çağırışlar" panelləri üzrə çıxışlar edilib və sual-cavab sessiyası keçirilib.
Sonda seminarın nəticələri və gələcək perspektivlər barəsində ətraflı müzakirələr və səmərəli fikir mübadiləsi aparılıb, iştirakçılara sertifikatlar təqdim olunub.