10:56 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Hərbi qulluqçular seçki hüququ ilə bağlı maarifləndirilib.


Yanvarın 24-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Müvəkkil aparatının əməkdaşı Həsən Həsənov, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Orxan Sadiqov və müvafiq zastavaların şəxsi heyəti iştirak edib.
Hərbi qulluqçuların seçki hüququ ilə bağlı keçirilən tədbirlərdə Müvəkkil aparatının əməkdaşı Həsən Həsənovun "Hərbi qulluqçuların səsvermə hüququ" mövzusunda çıxışı dinlənilib, seçki qanunvericiliyinə əsasən onların hüquqlarının təmin olunması qaydaları barədə iştirakçılara məlumat verilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

25.01.2025













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).