2024-cü il ərzində Ombudsmanın preventiv mexanizm və müstəqil monitorinq mexanizmi funksiyaları icra olunub.
Ötən il ərzində Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu tərəfindən daxili işlər, səhiyyə, ədliyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin, Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin və Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq edilmədən 62 başçəkmə, eləcə də Monitorinq qrupları tərəfindən təhsil, mədəniyyət, gənclər və idman, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin, Naxçıvan Dövlət Universitetinin və Tibb Müəssisələrinin İdarəetmə Birliyinin tabeliyində olan müəssisələrdə 150 monitorinq həyata keçirilib.